AZ EN RU

Mədəni irsimiz fotolarda

Layihə çərçivəsində keçirilən tədbirlər nəticəsində cəmiyyətdə milli-mədəni dəyərlərin qorunması və təbliği sahəsində gənclərin rolu artacaq, gənclərin mədəni irs nümunələrinə diqqətini artıraraq, onların və bu işin təbliğatçısı qismində çıxış etməklərinə dəstək olunacaqdır.

Ölkəmizin milli-mədəni irsin təbliği, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə  Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən “Mədəni irsimiz fotolarda” layihəsi həyata keçirilir.

Tədbir çərçivəsində gənc fotografların işlərində vətənimizin mədəni irs nümunələrini əks edən şəkillərdən ibarət sərginin təşkil olunacaqdır. Sərgi Art Villa qalereyasında təşkili 26-27 avqust tarixində olacaq.

Habelə, mədəni irsin öyrənilməsində müasir texnologiyaların, aparıcı beynəlxalq təcrübənin tətbiqi və tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tətqiqinə, ölkədə turizmin imkişafına öz töhvəsini verəcək.