AZ EN RU

Yubiley "WorldFood Azerbaijan", "Caspian Agro", "Ipack Caspian" və "HOREX Caucasus" sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirildi

14 may 2019-cu il tarixində, saat 11:00-da “Hyatt Regency” mehmanxanasında yubiley “WorldFood Azerbaijan”, “Caspian Agro”, “Ipack Caspian” və “HOREX Caucasus” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında Edvard Stron – “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru, Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin, Protokol sektorunun müdiri - cənab Toğrul Qafarbəyli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri - xanım Aysel Fərziyeva, xanım Zarina Məmmədova - layihə rəhbəri və xanım Svetlana Fuks - tədbirlər üzrə menecer çıxış ediblər.

Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 30-dan artıq KİV nümayəndələri iştirak etmişdi, onların arasında Azertag, ARB, CBC, Lider TV, Xezer Tv, Interfax, Real TV, Ictimai TV, Sputnik.az və s.  

Mənbə:https://www.worldfood.az/az-opennews/7518.41.html