AZ EN RU

2016-cı ilin oktyabrın 4-də Neftkimyası üzrə IX Beynəlxalq Məmmədəliyev Konfransının açılışı olub və Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

2016-cı ilin oktyabrın 4-də Neftkimyası üzrə IX Beynəlxalq Məmmədəliyev Konfransının açılışı olub və
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi.

   Konfransın açılışında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti akademik
Tofiq Nağıyev, AMEA-nın Kimya bölməsinin sədri akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikasının Ombudsmanı,
kimya elmləri doktoru, professor Elmira Süleymanova, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini,
   AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva iştirak edib.İştirakçılar əvvəlcə Neft Kimya Prosesləri İnstitutunun qarşısında Yusuf Məmmədəliyevin büstü qarşısına gül çələngi qoyublar. Sonra konfransa Rusiya Federasiyasından, Gürcüstandan və Türkiyədən gələn iştirakçılar və respublikanın elmi-tədqiqatmərkəzlərindən və ali təhsil müəssisələrindən gələn iştirakçılar Y.H.Məmmədəliyevin momerial muzeyində olublar.
   Muzeyin nəzdində yeni yaradılan “Gənc alimlər” klubunun açılışı olub. Klubda Y.H.Məmmədəliyevin yeni yaradılan saytının təqdimatı
sonra Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dünyada tanınmış və Azərbaycanın bir çox mədəniyyət müəssisələrində bədii tərtibatla bağlı uğurlulayihələri olan Latviyanın Digital Dizayn Studio şirkəti tərəfindən hazırlanmış, dünya şöhrətli kimyaçı alim Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı oldu.Saytda alimin həyatını, elmi fəaliyyətini geniş şəkildə əks etdirən müfəssəl məlumatlar yer alıb.Saytın təqdimatını Digital Dizayn Studio şirkətinin direktoru Yanis Mitreviç keçirdi.
  Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirdi.

Sonra konfrans öz işinə başlayıb. Konfransın işində 15 nəfər xarici qonaq iştirak edir.Konfrans 5 bölmədə işini davam etdirir. Konfransa 226 məruzə təqdim olunacaq ki, onlardan 102 məruzə şifahi məruzələrdir.