AZ EN RU

Gələcəyin Elmi

20-23 sentyabr 2016-cı il  tarixində Kazan şəhərində "Gələcəyin Elmi"  mövzusunda  II Beynəlxalq elmi konfrans keçirildi.Müxtəlif ölkələrin 1300-dən çox iştirakçısı  müxtəlif  elm sahələrində -təbii elm sahələrindən tutmuş  humanitar elmlərədək - ən aktual məsələlərini mizakirə ediblər.

   Konfransda “Kimya sahəsində nəzəri və təcrübi inkişaf arasında əlaqə kimi kompüter simulyasiya rolu və onun perspektivləri" mövzu ilə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu  İnformasiya və  Telekommunikasiya şöbənın əməkdaşı Kamran Bağırov çıxış edib.

   Həmçinin, Azərbaycanın "Alimlər evi" nin əməkdaşı olan Kamran Bağırov bir çox mədəni və tarixi mərkəzləri ziyarət edib , bu mərkəzlərin əməkdaşları  ilə əlaqələri qurmuşdur və İkinci Azərbaycanın Elm Festivalı keçirilməsi haqqında məlumat vermişdi.