AZ EN RU

"Kino deyil"

“YARAT” Müasir İncəsənət Mərkəzində müəlliflər Nərminə Məmmədzadə və Sabina Zülalova "Kino deyil" adlı qısametrajlı bədii filminin təqdimatı olub.

Layihənin müəllifləri: Nərminə Məmmədzadə və Sabina Zülalova
Aktyorlar: Nərminə Məmmədzadə, Sabina Zülalova, Zaur Şəfiyev
Prodüser: Faiq Ağayev
Bəstəkarlar: Sevinc Ağasiyeva və Cavid Məmmədov

Film Nərminə Məmmədzadənin "Səhər təxminən saat 8 olardı" hekayəti əsasında çəkilib
Filmin süjet xətti:
Deyirlər xoşbəxtlik uğrunda mübarizə aparmaq lazımdır! Bəs əgər sizin əslində çox gözəl görünən münasibətlərinizdə üçüncü bir şəxs peyda olsa necə? Həmişə artıq hesab olunan üçüncü...
Görəsən sevgi üçbucağının qarşısını almaq üçün bir vasitə varmı və ya xəyanəti bağışlamaq mümkündürmü?

Təqdim edilən film qonaqlar tərəfindən maraqla qarşılanıb.